AUT.AZ

“Qalatasaray” Bakıda bu oteldə qalacaq

“Qarabağ”la “Qalatasaray” arasında keçiriləcək yoldaşlıq görüşü böyük rezonans doğurub.

Sual doğuran məqamlardan biri “sarı-qırmızılar”ın Bakıda hansı oteldə məskunlaşacağıdır.

Türkiyə nəhəngi bu mənada seçimini edib. “Qalatasaray” paytaxtın dəbdəbəli otellərindən olan “Fairmont”da (Alov qüllələri) qalacaq.

Martın 25-də və 26-da sözügedən mehmanxanada təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Qeyd edək ki, yoldaşlıq-qardaşlıq oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Görüşdən əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Exit mobile version