AUT.AZ

Qadınlar bu liqada çılpaq yarışacaq

Sabiq qolfçu, nüfuzlu aparıcı Holli Sonders qadın idmançıların çılpaq iştirak edəcəyi liqa yaradır.

Aut.az xəbər verir ki, o, bu barədə “Instagram” hesabında məlumat yayıb.

“Mən, demək olar ki, ilk müsabiqəyə iştirakçıları seçdim… İndiyə qədər görəcəyiniz ən gözəl qadınlar orada olacaq”, – deyə Holli bildirib.

Sonders liqanın apreldə təqdim ediləcəyini açıqlayıb. Çəkilişlər isə may və ya iyunda başlayacaq.

“Xposed” idman liqasında tennis, boulinq, qolf, bilyard, güləş, boks, atletika, üzgüçülük, basketbol, ​​video oyunlar və hətta xizəksürmə yarışları olacaq. Liqa üzrə turnirlər əsasən Las-Veqasda keçiriləcək.

Exit mobile version