AUT.AZ

Onu həbs etdirən qadınla evlənir

“Mançester Yunayted”in sabiq futbolçusu Meyson Qrinvud onu fiziki zorlakılıqda ittiham edən qızla evlənməyə hazırlaşır.

Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. Forvard Harriet Robsonla toy etməyi planlaşdırır. Qrinvud artıq ailələrə bu niyyətlərini bildirib. Daha əvvəl cütlüyün uşaq gözlədiyi məlum olub. Bu yaxınlarda Qrinvud və onun hamilə sevgilisi Londonda bir otelin qarşısında görüntülənib.

Qeyd edək ki, 2022-ci ilin yanvarında Robson zorakılığa məruz qaldığını bildirərək sosial şəbəkələrdə silsilə fotolar yayımladıqdan sonra Meysonu məhkəməyə vermişdi. Futbolçu həbs olunmuşdu. Bu ilin fevralında o, bütün ittihamlardan azad edilib.

Exit mobile version