AUT.AZ

Gürcüyə mesaj göndərdi: O nömrə toxunulmazdır

Əfsanəvi futbolçu Dieqo Maradonanın oğlu, kiçik Dieqo Maradona atasının xatirəsinə əbədiləşdirilmiş “Napoli”nin 10 nömrəli formasının gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliyaya verilməsi ideyasından danışıb.

22 yaşlı futbolçu hazırda “Napoli”də 77 nömrəli formada çıxış edir.

“Xviça üçün 10 nömrə? Bunun üçün İnsinye haqqında dediyim sözləri təkrarlayacağam. O vaxt mən 24 nömrəli formanın dövriyyədən çıxarılmasını istəyirdim. İndi ümid edirəm ki, o, 77 nömrəni bir gün əbədiləşdirəcək. Xviça əla oyunçudur, çox güclüdür. Lakin “onluq” əlçatmaz və toxunulmazdır”, – “Corriere dello Sport” onun sözlərindən sitat gətirib.

Aut.az

Exit mobile version