AUT.AZ

Deyəsən, qayıdır axı

75 yaşlı britaniyalı mütəxəssis Roy Hocson “Kristal Pelas”ın baş məşqçi postuna qayıda bilər.

Patrik Vieyranın qovulmasından sonra klub bir neçə variantı araşdırır. Bunlardan biri də 2017-2021-ci illər arasında komandanı idarə etmiş Roy Hocsondur. “Sky Sports”un məlumatına görə, “Kristal Pelas” rəhbərliyi “Borussia” (Münhenqladbax)n keçmiş baş məşqçisi Adi Hütteri də nəzərdən keçirir.

“Kristal Pelas”ın sədri Stiv Periş qarşıdakı matçda müvəqqəti olaraq Patrik Makkartiyə şansı verməyə hazırlaşır və onu təyin etməyə tələsməyəcək.

Aut.az

Exit mobile version