AUT.AZ

Bu da püşkdən narazıdır: “Siti”ni arzulayırmış, yoxsa…

“Napoli”nin baş məşqçisi Luçano Spaletti Çempionlar Liqasının püşkatma mərasimindən narazıdır. Neapollular 1/4 finalda “Milan”la qarşılaşacaq.

“İtaliya komandası ilə qarşılaşmamağa üstünlük verərdim. Artıq bəzi söhbətlər eşitdim. Yalnız səriştəsiz insanlar deyər ki, bu, yaxşı püşkdür. “Milan” Çempionlar Liqasında özünü evdəki kimi hiss edir – onlar turnirdə 7 dəfə qalib gəlib və yalnız “Real”dan geri qalırlar. Deməyə ehtiyac yoxdur ki, onların direktoru Paolo Maldini təkcə beş dəfə kuboku götürüb.

Son bir neçə gündə oxuyuram ki, PSJ və “Mançester Siti” kimi digər komandalar Avropa təcrübəsi olmadığı üçün çətinlik çəkirlər. Əgər onların yazdıqları doğrudursa, demək lazımdır ki, “Milan” Çempionlar Liqasının favoritidir”, – Spallettinin sözlərini “Football Italia” sitat gətirir.

Aut.az

Exit mobile version