AUT.AZ

Bir tərəfdən ruslara “yox” deyirlər, bir tərəfdən də…

Almaniya Milli Olimpiya Komitəsi (DOSB) rusların və belarusların beynəlxalq turnirlərə qayıtmasına qarşı çıxıb.

Aut.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Eyni zamanda, DOSB 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına Rusiya və Belarus komandaları buraxılsa belə, onları boykot etmək fikrində olmadıqlarını vurğulayıb. “Belə bir boykotun yeganə qurbanı olimpiya arzularını həyata keçirmək üçün bəlkə də yeganə şansını əldən verən idmançılar olacaq”, – deyə təşkilat qeyd edir.

Fevralın 18-də Avropa Parlamenti rusların və belarusların 2024-cü il Oyunlarına buraxılmasına qarşı çıxıb. Beynəlxalq Olimpiya Komitəsi bildirib ki, Avropa Parlamentinin qətnaməsi idman təşkilatlarının muxtariyyətinə və Olimpiadanın birləşdirici missiyasına ziddir.

Aut.az

Exit mobile version