AUT.AZ

Üsyan etdi: Onların burada nə işi var?

“Roma”nın baş məşqçisi Joze Mourinyo hesab edir ki, Çempionlar Liqasından kənarda qalan komandaların Avropa Liqasının pley-off mərhələsində iştirak etməsi ədalətsizlikdir.

“Roma” səfərdə “Real Sosyedad”la heç-heçə edib (0:0) və iki oyunun nəticəsinə əsasən, Avropa Liqasının 1/4 finalına yüksəlib.

Aut.az xəbər verir ki, Mourinyo “Sky Sport Italia”ya açıqlamasında belə deyib:

“Püşkatma məni maraqlandırmır. 1/4 finalda elə komandalar var ki, burada olmalı deyillər. Avrokuboklardan kənarda qalan evə getməlidir. Avropa Liqası elə əvvəldən orada oynayanlar üçün olmalıdır. “Latsio” (AL və Konfrans Liqasında mübarizəni dayandırdıqdan sonra) indi üçüncü turnirə getməyəcək, elə deyilmi?”

Aut.az

 

Exit mobile version