AUT.AZ

Şeyx yumşaldı, nə qədər istəyir, o qədər də verəcək

Qətər şeyxi “Mançester Yunayted” üçün nəzərdə tutduğundan daha çox pul ödəməyə hazırdır.

Daha əvvəl Casim bin Həməd Əl Tani ingilis klubu üçün 4,5 milyard funt-sterlinq təklif etmişdi. Komandanın sahibi olan Qleyzer ailəsi “Mançester Yunayted”in ən azı 6 milyard funt sterlinq dəyərində olduğuna inanır.

Aut.az “Sky Sports”a istinadla bildirir ki, Al Tani indi daha artıq ödəməyə hazırdır və Qleyzerin tələb etdiyi məbləğə yaxın bir məbləğ təklif edir. Qətərli investorların mövqeyi nümayəndə heyətinin Mançesterə səfərindən sonra yumşalıb (şeyx nümayəndə heyətinin tərkibində deyildi).

Britaniyalı milyarder Cim Retkliff də “Yunayted”i almaq iddasındadır.

Aut.az

Exit mobile version