AUT.AZ

Qalmaqaldan danışdı: Hər şeyi izləyirik

FİFA prezidenti Canni İnfantino “Barselona” ətrafında yaranan qalmaqal münasibət bildirib.

“FIFA futbolda baş verən hər şeyi izləyir və neqativ hallar yarananda narahat oluruq. Çünki klublar, xüsusən də böyük klublar bizim idmanımız üçün dünyada çox şey edir. İspaniyada yaşanan qalmaqalı təhlil etmək lazımdır. İtaliyada da futbola zərbə vuran məqamlar olub. Biz hamımız hərəkət etməli, həll yolları axtarmalıyıq”, -deyə “El Pais” İnfantinodan sitat gətirib.

Daha əvvəl İspaniya prokurorluğu “Barselona”nın hakimlər komitəsinin vitse-prezidenti vəzifəsində çalışmış Henrikes Neqreiraya 7,3 milyon avrodan çox pul köçürdüyünü sübut edib.

İstintaq hesab edir ki, klub bununla hakimlərə təsir etmək istəyib, lakin “Barselona” bildirir ki, onlar yalnız hesabatlara görə pul ödəyiblər.

Aut.az

Exit mobile version