AUT.AZ

“Qəbələ”də yeni sponsor – FOTO

“Qəbələ” İdman Klubu daha bir şirkətlə əməkdaşlığa başlayıb.

Aut.az xəbər verir ki, “EUROCLİMA” MMC bundan sonra əyalət təmsilçisinin yeni tərəfdaşı olacaq. “Qırmızı-qaralar” yeni tərəfdaşını artıq ictimaiyyətə təqdim edib.

Klub və şirkət arasında imzalama mərasimi Qəbələ şəhər stadionunda baş tutub. Sponsorluq müqaviləsini “EUROCLİMA”-nın təsisçisi Aslan Abdullayev və “Qəbələ”nin prezidenti Fariz Nəcəfov imzalayıb.

Əməkdaşlıq qarşıdakı 3 ili əhatə edəcək. Anlaşmaya əsasən, “Qəbələ”nin akademiya komandalarının formasının arxasında brendin loqosu yer alacaq.

Heybət Məmmədov

Exit mobile version