AUT.AZ

Azarkeşin hücumuna məruz qaldı

“Fiorentina” Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyununda səfərdə “Sivasspor”u məğlub edib – 4:1.

Aut.az xəbər verir ki, Sivasda baş tutan oyunun sonlarına yaxın komandalarının məğlubiyyətini həzm edə bilməyən 2 fanat meydana çıxıb. Onlar “Fiorentina”nın gənc yarımmüdafiəçisi Alessandro Byankonu yumruqla vurub. Futbolçu görüşdən sonra fotosunu sosial şəbəkə hesabında paylaşım.

“Fiorentina” iki oyunun nəticəsinə görə, Türkiyə təmsilçisini mübarizədən kənarlaşdırıb.

Exit mobile version