AUT.AZ

“Barsa”lılara tövsiyəsi yayıldı: “El klasiko”da özünüzü yerə atın

Xose Mariya Enrikes Neqreyranın “Barselona”nın futbolçularına verdiyi təlimatlar açıqlanıb.

Aut.az xəbər verir ki, o, “Barsa”lılara tövsiyə edirmiş ki, “el klasiko” zamanı adi təmasda özlərini yerə atsınlar. Sənədlər ötən ilin dekabrında dünyasını dəyişən “Barselona”nın keçmiş direktoru Xosep Kontrerasın evində aparılan axtarış zamanı ələ keçirilib.

Neqreyra 2012-ci il oktyabrın 7-də keçirilən “El klasiko”dan əvvəl hesabat hazırlayıb. “Kamp Nou”da keçirilən və 2:2 hesabı ilə başa çatan həmin görüşün baş hakimi Karlos Delqado Ferreyro olub. Üç səhifəlik sənəd ona həsr olunub.

Hesabatda hakimin iş üslubu və statistik göstəriciləri dəyərləndirilib. Qeyd olunub ki, Delqado Ferreyro təzyiqin öhdəsindən yaxşı gəlir, özünə arxayındır, “tərəddüd etmədən hər hansı kobudluq əlamətlərini boğur”, lakin həmkarları ilə müqayisədə fiziki cəhətdən zəifdir. Hesabatda “Barselona”nın futbolçularına tövsiyə edilir ki, rəqib oyunçularla təmas zamanı özlərini yerə atsınlar və hakimdən cərimə zərbəsi təyin etməyi tələb etsinlər.

Aut.az

Exit mobile version