AUT.AZ

Ağzından qaçırdı: bəzi futbolçular getməyə hazırlaşır

“Liverpul”un müdafiəçisi Vircil van Deyk hesab edir ki, klubun son bir neçə ildə əldə etdiyi yüksək səviyyəni qorumaq üçün yeni oyunçular alınmalıdır.

Aut.az xəbər verir ki, niderlandlı onu da qeyd edib ki, gedəcək  oyunçuların yerinə vaxtında yüksək keyfiyyətli əvəzedicilər gətirilməlidir.

“Son beş ildəki səviyyədə qalmaq istəyiriksə, yeni oyunçular almalıyıq. Aydındır ki, bəzi futbolçular getməyə hazırlaşır. Əgər biz yüksək səviyyədə olmaq istəyiriksə, o zaman yüksək keyfiyyətli əvəzedicilərə ehtiyacımız var”, – “The Athletic” nəşri van Deykdən sitat gətirib.

“Liverpul” bu mövsüm Premyer Liqada 26 oyundan 42 xal toplayaraq 6-cı yerdədir.

Aut.az

Exit mobile version