AUT.AZ

30 saat 11 dəqiqə sudan çıxmadı

Avstraliyada ən uzun sörfinq rekordu qırılıb.

Aut.az “CNN Türk” kanalına istinadən xəbər verir ki, Avstraliyada Bleyk Conston 30 saat 11 dəqiqə ilə ən uzun sörfinq seansı rekorduna imza atıb.

Jurnalistlərə “Hələ görüləsi işlər var” deyən 40 yaşlı keçmiş peşəkar sörfçü və uzun məsafəyə qaçışçı Conston bundan sonra da rekordlar qırmağa davam edəcəyini bildirib.

Conston yalnız nahar zamanı müayinə və göz damcıları üçün qısa müddətlik sudan kənara çıxıb.

Exit mobile version