AUT.AZ

Tövsiyə: sizin yerinizdə olsam, onu yox, onu alardım

“Arsenal”ın sabiq futbolçusu Terri Anri “Mançester Yunayted”ə tövsiyə verib.

O bildirib ki, MY-in “Tottenhem”dən Harri Keyni alması daha məqsədəuyğundur:

“Harri Premyer Liqanı yaxşı tanıyır. Mən “Mançester Yunayted”in yerində olsaydım, Keyni alardım. Bu, Osimhenin yaxşı futbolçu olmadığı anlamına gəlmir. Söhbət bundan getmir.

Düşünürəm ki, Osimhen istənilən liqaya uyğunlaşa bilir. Amma mən “Mançester Yunayted”in yerində olsaydım, belə düşünərdim: “Bu oğlanın uyğunlaşmağa ehtiyacı yoxdur, üstəlik, o, daha dərindən oynayır ki, bu da Reşford üçün əlavə üstünlük yaradır”. Yeri gəlmişkən, Keyn meydanın hər yerdə oynaya bilər”.

Aut.az

 

Exit mobile version