AUT.AZ

Onun halına acıyırlar, məşqçidən xahiş ediblər ki…

“Real”ın oyunçuları Eden Azarın komandadakı durumundan narazıdırlar.

Aut.az “Relevo”ya istinadla xəbər verir ki, Azarın komanda yoldaşları onun istədiyi nəticəni əldə edə bilməməsindən məyus olublar.

Qeyd olunur ki, Azar yeni zədələrdən qorxduğu üçün diqqətli olmalıdır. Futbolçular belçikalının peşəkarlığını və layiqli davranışını yüksək qiymətləndirir və hesab edirlər ki, Karlo Ançelotti ona özünü təsdiq etmək üçün vaxt verə bilər. Klub veteranları məşqçini ona oynamaq şansı verməyə razı salmağa çalışıblar.

“Dünya çempionatından qayıtdıqdan sonra ilk həftədə çox yaxşı məşq etdi. Bəlkə də o, şans gözləyirdi, çünki hələ braziliyalılar yox idi. Fürsət əldə etmədi, bəlkə də buna görə ruhdan düşdü.

O, məşqlərdə çox fəaldır. Sakitdir, xasiyyəti fərqli olsaydı, soyunub-geyinmə otağını pis günə qoyardı, amma hər məşqi gülərüzlə keçirir, əlindən gələni etməyə çalışır. Qərar baş məşqçinindir. O, heç vaxt heç kimə hörmətsizlik etməyib”, – “Real”ın qapıçısı Tibo Kurtua deyib.

Aut.az

Exit mobile version