AUT.AZ

Əmir şeyxin klubuna göz dikib

PSJ-nin  sahibləri İspaniyada da klub almaq niyyətindədir.

Aut.az “Cope”yə istinadla xəbər verir ki, ərəblər “Malaqa”ya maraq göstərir. 2011-ci ildən PSJ-nin sahibi olan “Qatar Sports Investments” (QSI) hazırda İspaniya Sequndasında 20-ci yerdə olan “Malaqa”nın səhmlərinin əksəriyyətini almaq istəyir.

Qətər əmiri Təmim bin Həməd Əl Tani ispan klubunun 51%-lik səhmini almaq üçün 9 milyon avro xərcləməyə hazırdır.

RMC Sport da məlumatı təsdiqləyir ki, QSI həqiqətən də “Malaqa”nı əldə etmək variantını araşdırır, lakin danışıqlar inkişaf mərhələsində deyil. “Malaqa” hazırda PSJ-nin sahibləri tərəfindən nəzərdən keçirilən çoxlu klublardan biridir.

Xatırladaq ki, Qətər Şeyxi Abdulla Əl-Tani “Malaqa”nı 2010-cu ildə alıb. O, hələ də klubun sahibidir.

2022-ci ilin oktyabrında PSJ-nin sahibləri Portuqaliya “Braqa”sının 21,67% payını alıblar.

Aut.az

Exit mobile version