AUT.AZ

Uşaqlıq arzusu belə gerçəkləşdi – FOTO

“Real”ın əfsanələrindən olan Quti “Napoli”nin futbolçusu Xviça Kvaratsxeliyanın uşaqlıq arzusunu yerinə yetirib.

Aut.az xəbər verir ki, Quti imzalı formasını gürcüyə göndərib. Hədiyyə “Napoli”nin bazasında Xviçaya təqdim olunub. İspan futbolçunun yazdığı məktub da ucadan oxunub:

“Mənim oynadığım futbolu sevdiyin üçün təşəkkür edirəm. Sənin də oyunun bir çox uşaqları aşiq edəcək. Ümid edirəm ki, forma xoşuna gələcək və bütün arzuların belə gerçəkləşəcək. Səni “Real”da gözləyirəm. İnanıram ki, tezliklə görüşəcəyik”.

Hədiyyəni qəbul edən Xviça belə deyib:

“Mənim də Qutiyə hədiyyəm var, göndərəcəm. Bu mesaja görə çox sağ olun. Siz futbol əfsanəsisiniz. Bu gün mənim üçün vacib bir hadisə baş verdi”.

Qeyd edək ki, Xviça uşaqlıq kumirinin Quti olduğunu bildirmişdi. Quti isə ona imzalı forma göndərəcəyini demişdi.

Aut.az

Exit mobile version