AUT.AZ

Ronaldo yenə də aləmi bir-birinə qatdı – FOTO/VİDEO

Kriştiano Ronaldo “Əl-Nəsr”də növbəti oyununu keçirib.

Aut.az xəbər verir ki, “sarı-göylər” ölkə kubokunun 1/4 finalı çərçivəsində “Abha” ilə qarşılaşıb. Bu görüş portuqaliyalı superulduz üçün heç də yaxşı keçməyib. O, 2 dəfə heç də xoş olmayan hadisə ilə diqqət mərkəzinə düşüb.

İlk hissənin sonunda Ronaldo və komandası əks-hücuma keçərkən görüşün baş hakimi fitini çalaraq komandaları soyunub-geyinmə otağına yollayıb. Bu, Krişin xoşuna gəlməyib və hakimə sərt formada etiraz edib. Nəticədə referi onu sarı vərəqə ilə cəzalandırlıb.

Ronaldo bir daha 87-ci dəqiqədə diqqət mərkəzinə düşüb. O, baş məşqçi Rudi Qarsiya tərəfindən əvəzləndiyi üçün narazı qalıb.

Qeyd edək ki, görüş “Əl-Nəsr”in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu uğur sayəsində komanda yarımfinala yüksəlib. “Sarı-göylər” bu mərhələdə “Əl-Vehda” qarşılaşacaq.

Exit mobile version