AUT.AZ

Qvardiola “mala çəkdi” – xəbərim olmayıb

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 final mərhələsində “Leypsiq”lə keçirilən qarşılaşmada (7:0) Erlinq Haalandı niyə əvəzlədiyini açıqlayıb.

Xatırladaq ki, norveçli hücumçu penta-trik edib, bundan sonra o, əvəzlənib. Haaland Çempionlar Liqası tarixində Lionel Messi və Luis Adrianodan sonra bir matçda beş qol vuran üçüncü oyunçu oldu. Erlinq meydanda qalsaydı, bu rekordu qırmaq şansı olacaqdı.

“22 yaşında bu mərhələyə çatsaydı, ömrünün sonuna qədər darıxacaqdı. İndi onun gələcək üçün hədəfi var. Ona görə də əvəzetməni etdim. Mən bilmirdim ki, rekord Messiyə məxsusdur – mənə matçdan sonra dedilər”, – Xosep Qvardiolanın sözlərini “BT Sport” sitat gətirir.

Ehtimal edilir ki, Qvradiola Messi amilinə görə norveçlini əvəzləyib. Kataloniyalı, Halandın, vaxtilə rəhbərliyi altında oynamış sevimli futbolçusunu üstələməsini istəməyib.

Aut.az

 

Exit mobile version