AUT.AZ

Onun tarixə düşməsinə mane oldu – Messiyə görə?

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Mançester Siti” – “Leypsiq” matçında (7:0) maraqlı hadisə yaşanıb.

Aut.az xəbər verir ki, bu görüş “şəhərlilər”in forvardı Erlinq Halandın benefisti ilə əlamətdar olub. Penta-trik edən norveçli futbolçu qitənin bir nömrəli klub turnirində bu uğura nail olan 3-cü futbolçu olub. Sonuncu dəfə Donetsk “Şaxtyor”unun hücumçusu Luis Adriano bir oyunda 5 qol vurub. Braziliyalı futbolçu buna BATE ilə matçda nail olub. Ondan əvvəl isə Lionel Messi “Barselona” formasıyla “Bayer Leverkuzen”i 5 dəfə mərkəzə dəvət edib.

Oyunun diqqətçəkən hadisəsi isə 63-cü dəqiqədə yaşanıb. “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola Halandı əvəzləyib. Bu da penta-trik edən futbolçunun xoşuna gəlməyib. O, dərhal baş məşqçisinə etirazını bildirib. Çünki daha bir qol vuracağı təqdirdə, Çempionlar Liqasının tarixinə bir görüşdə ən çox fərqlənən futbolçu kimi düşəcəkdi.

“Mən Qvardiolaya dedim ki, ikiqat het-trik etmək istərdim. Amma nə edə bilərəm?” – deyə oyundan sonra Erlinq açıqlamasında bildirib.

Ehtimal edilir ki, Qvradiola Messi amilinə görə norveçlini əvəzləyib. Kataloniyalı, Halandın, vaxtilə rəhbərliyi altında oynamış sevimli futbolçusunu üstələməsini istəməyib.

Aut.az

Exit mobile version