AUT.AZ

Onlardan biri millinin baş məşqçisi olacaq ki…

İngiltərə futbolunun əfsanələrindən sayılan Stiven Cerrardla Frank Lemparddan biri İngiltərənin 21 yaşadək futbolçulardan ibarət komandasına rəhbərlik edə bilər.

Aut.az xəbər verir ki, məlumatı “The Telegraph” yayıb. Bildirilir ki, İngiltərə Futbol Assosiasiyası gənclər yığmasına bu iki mütəxəssisdən birini baş məşqçi təyin edəcək.

Qurumun niyyəti bu vəzifəni tutan və özünü yaxşı tərəfdən göstərən məşqçini gələcəkdə İngiltərənin əsas komandasının çalışdırıcısı Qaret Sautqeytin yerinə gətirməkdir.

Exit mobile version