AUT.AZ

“Fənərbağça”da ciddi itki

“Fənərbağça”nın zədəli futbolçusu Linkoln Henrikenin son durumu məlum olub.

Aut.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi dizindən əməliyat olacaq və bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Linkoln Avropa Liqasının 1/8 final mərhələsində sabah “Sevilya”ya qarşı keçiriləcək cavab görüşünü buraxacaq. Oyun saat 21:45-də başlayacaq. Komandalar arasındakı ilk matçda “Sevilya” qələbə qazanıb – 2:0.

Exit mobile version