AUT.AZ

Deputatlar tələb edirlər: Belarusu da uzaqlaşdır

Avropa Parlamentinin deputatları Belarus yığmasının Avro-2024-ün seçmə mərhələsindən kənarlaşdırılmasını tələb edir.

Aut.az “Politico”ya istinadən xəbər verir ki, 100-dən çox avropalı deputat müvafiq tələblə UEFA prezidenti Aleksander Çeferinə məktub yazıb. Avropa Belarusun Rusiya ilə dostluq münasibətləri saxlamasından narazıdır.

“Belarus millisi UEFA-nın himayəsi altında keçirilən turnirdə iştirak edərsə, Aleksandr Lukaşenko və onun təbliğat komandası beynəlxalq ictimaiyyətdə yaxşı qarşılandıqlarını sübut etmək üçün bundan istifadə edəcəklər.

Bu, Ukrayna xalqına və öz vətənlərini tərk etməyə məcbur olan bütün belaruslara, həmçinin Belarusda qalan və indi qorxu içində yaşayanlara qarşı təhqir olardı”, – Avropa Parlamentinin deputatlarının məktubunda deyilir.

Aut.az

Exit mobile version