AUT.AZ

Belə futbolçu olar? – Bir dəqiqəsi 228 min avrodur

Pol Poqba “Yuventus”a ötən ay azad agent kimi keçsə də, cəmi 2 matçda meydana çıxıb.

Aut.az xəbər verir ki, fransalı futbolçu müqaviləyə əsasən mövsümə 8 milyon avroya yaxın maaş alır. Poqba Turin klubunun ən yüksək ödənişli futbolçularından biridir.

Turinə qayıtdıqdan sonra 2 matçda meydana çıxan yarımmüdafiəçi üst-üstə 35 dəqiqə forma geyinib. “La Gazzetta dello Sport” hesablayıb ki, Poqbanın meydanda olduğu 1 dəqiqə “Yuventus”a 228 min 571 avroya başa gəlib.

Exit mobile version