AUT.AZ

Almanlar Neapolu dağıdırlar – VİDEO

Çempionlar Liqasının 1/8 final mərhələsində “Napoli” – “Ayntraxt” cavab oyunu ərəfəsində Neapolda iğtişaşlar yaşanır.

Aut.az “Football Italia”ya istinadən xəbər verir ki, alman klubunun 600-ə yaxın azarkeşi polislə açıq münaqişəyə girib və bu işdə “Atalanta”nın ultrasları onlara kömək edir.

Münaqişənin əsas səbəbi “Ayntraxt”ın azarkeşlərinin “Napoli” ilə oyunda qadağa ilə üzləşməsidir. Buna cavab olaraq alman azarkeşlər təhqiramiz şüarlarla şəhər boyu yürüş keçirib, sonra yerli hüquq-mühafizə orqanları ilə toqquşublar. Bu işdə onlara “Napoli”nin qatı rəqibi olan “Atalanta” azarkeşləri kömək edir.

200-ə yaxın neapollu azarkeş dəbilqə geyinərək “Ayntraxt” azarkeşləri ilə üz-üzə gəlməyə çalışsalar da, buna nail ola bilməyiblər.

Berqamolu azarkeşlərinin “Ayntraxt” fanatlarına oyunun keçiriləcəyi Dieqo Armando Maradona stadionuna sızmağa kömək edə biləcəkləri ilə bağlı qorxular da var.

Xatırladaq ki, qarşılaşma bu gün, martın 15-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Aut.az

Exit mobile version