AUT.AZ

AFFA bu komandanı Premyer Liqaya gətirir – Tərtərdə tikiləcək stadion onlara veriləcək

2024/2025 mövsümündən etibarən Azərbaycan futbolunda ciddi dəyişikliklər baş verəcək.

Aut.az-ın əldə etdiyi məlumata görə, AFFA həmin mövsümdən etibarən Premyer Liqada komanda sayını artırmağa hazırlaşır. Əvvəlcədən hazırlanan proqrama uyğun olaraq, bu dəfə də elitaya gətiriləcək komandalar bölgəni təmsil edəcək.

Həmin mövsümdən etibarən Premyer Liqada ən azı 12 komanda mübarizə aparacaq. Artıq elitaya gələcək ilk komandanın adı məlumdur.

Bu, uzun müddətdir birinci divizionda mübarizə aparan MOİK-dir. “Hərbçilər” illər sonra yüksək dəstədə çıxış edəcək. Amma komanda əvvəlki kimi Bakını deyil, bu dəfə bölgəni təmsil edəcək.

Bunun üçün isə rayonlardan birində şərait qurulmalıdır. AFFA-nın bu məsələ ilə bağlı artıq planı var. Federasiya FİFA və UEFA-dan gələn vəsaitlər hesabına Tərtərdə stadion tikəcək. Bu da imkan verəcək ki, MOİK həmin rayona köçürülsün.

Əlavə edək ki, 2024/2025 mövsümündə Premyer Liqaya ümulikdə 3 bölgə təmsilçisi buraxılacaq. Digər 2 komandanın adını isə tezliklə sizə açıqlayacağıq.

Aut.az

Exit mobile version