AUT.AZ

Onu təhqir edən fanata 3 il cəza kəsildi

Ayvan Taunini təhqir edən azarkeşə 3 il müddətinə Britaniyada bütün stadionlara giriş qadağan edilib.

Aut.az xəbər verir ki, 24 yaşlı Antonio Neil sosial mediada “Brentford”un hücumçusuna irqi təhqiramiz mesajlar göndərdiyini etiraf edib.

Stadionlara giriş qadağası qoyulması ilə yanaşı, Neil iki il müddətinə şərti olaraq dörd aylıq həbs cəzasına məhkum edilib. Onun xaricdə rəsmi və yoldaşlıq oyunlarına getməsi də qadağan edilib.

Bu, Böyük Britaniyada sosial şəbəkələrdə nifrət cinayətlərini qadağan edən son qanunun qəbulundan sonra ilk hökmdür. “Brentford” hökmü “əlamətdar qərar” adlandırıb.

Aut.az

Exit mobile version