AUT.AZ

O da ərəbləri xamlamaq istəyir – Fantastik tələb

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu PSJ-nin futbolçusu Lionel Messini heyətinə qatmağı planlaşdırır.

Aut.az xəbər verir ki, bu məqsədlə klub rəhbərliyi superulduzun nümaəyəndələri ilə təmasa keçib. PSJ ilə müqaviləsi yayda bitəcək 35 yaşlı superulduz böyük pul müqabilində ərəblərlə razılaşa bilər. Artıq o, “Əl-Hilal”dan fantastik maaş tələb edib. Messi Səudiyyə Ərəbistan klubunun formasını geyinmək üçün 600 milyon avro istəyir. Hələlik dünya çempionunun tələbinə cavab verilməyib.

Qeyd edək ki, Messi ilə sabiq klubu “Barselona” və ABŞ təmsilçisi “İnter Mayami” də yaxından maraqlanır.

Exit mobile version