AUT.AZ

Bu Qran-Pridə olmalıdır, qol çəkib

Kriştiano Ronaldodan Səudiyyə Ərəbistanında keçiriləcək Formula 1 Qran-Prisinə qatılması tələb olunacaq.

Aut.az xəbər verir ki, onun “Əl-Nəsr”lə müqaviləsində bu şərt qeyd olunub. Bu barədə “The Sun” məlumat yayıb. Səudiyyə Ərəbistanı Qran-Prisi martın 17-dən 19-dək keçiriləcək.

Ronaldo 2019-cu ildə Monakoda keçirilən Formula 1 Qran-Prisini ziyarət etmiş və burada Lyuis Hemiltonla fotosessiya etmişdi.

Xatırladırıq ki, onun maaşı ildə təxminən 173 milyon funt sterlinqdir. Ronaldo ötən ilin noyabrında “Mançester Yunayted”dən ayrılıb.

Aut.az

Exit mobile version