AUT.AZ

Avstriya millisi Azərbaycanla oyun üçün heyətini açıqladı

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində martın 24-də Azərbaycan, 27-də isə Estoniya ilə qarşılaşacaq Avstriya millisinin heyəti açıqlanıb.

Aut.az xəbər verir ki, baş məşqçi Ralf Ranqnik 25 futbolçuya dəvət göndərib:

Qapıçılar: Niklas Hedl (“Rapid”), Heynz Lindner (“Sion”, İsveçrə), Aleksander Şlager (LASK)

Müdafiəçilər: David Alaba (“Real”, İspaniya) Kevin Danso (“Lans”, Fransa), Filipp Lienhart (“Frayburq”, Almaniya), Filipp Muene (PSV, Niderland), Stefan Poş (“Bolonya”, İtaliya), Qernot Trauner (“Feyenoord”, Niderland), Maksimilian Vöber (“Lids”, İngiltərə)

Yarımmüdafiəçilər: Kristof Baumqartner (“Hoffenhaym”, Almaniya), Matias Honsak (“Darmştadt”, Almaniya), Florian Kaynts, Deyan Lyubiçiç (hər ikisi “Köln”, Almaniya), Konrad Laymer (“Leyptsiq”, Almaniya), Aleksander Prass (“Şturm”), Nikolas Seyvald (“Zalsburq”), Marsel Sabitser (“Mançester Yunayted”, İngiltərə) Patrik Vimmer (“Volfsburq”, Almaniya)

Hücumçular: Junior Adamu (“Zalsburq”), Marko Arnautoviç (“Bolonya”, İtaliya), Mixael Qreqoritş (“Frayburq”, Almaniya), Karim Onisivo (“Maynts”, Almaniya), Andreas Veymann (“Bristol Siti”, İngiltərə).

Exit mobile version