AUT.AZ

AFFA-ya nəzarət bir Elxandan digər Elxana keçir: Qorxmayın!

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov təsir dairəsini genişləndirir.

Aut.az xəbər verir ki, ötən ilin iyulunda qurumun başına gətirilən sabiq biznesmen AFFA-nın nəzdində fəaliyyət göstərən daha 3 qurumu öz kurasiyasına alıb. Bu barədə məlumatı Sportinfo.az yayıb. Bildirilir ki, Hakimlər Komitəsi ilə yanaşı, İntizam Komitəsi, Apellyasiya Arbitraj Tribunalı, həmçinin Oyunçuların Statusu və Transferi Komitəsi onun nəzarətinə keçib.

Rəsmiyyətdə federasiyaya bağlı olan komitələr üzərində söz sahibinə çevrilməyə başlayan E.Səmədovun, güman ki, yaxın gələcəklə bağlı başqa planları da var.

Ümumiyyətlə, E.Səmədovun son aylardakı fəaliyyəti və fəallığı diqqət çəkməyə bilməz. Görünən odur ki, Azərbaycan futboluna nəzarət bir Elxandan digərinə keçir.

Amma bu Elxanlar arşında ciddi fərq var. AFFA-nın sabiq baş katibi Elxan Məmmədov dağıdıcı idisə, PFL prezidenti Elxan Səmədov qurucudur.

Onların kadr siyasəti də hər şeyi ortaya qoyur: Sabiq baş katib “qaqulya”ları, dost-tanışını, bir sözlə futbola yad olan  şəxsləri AFFA-ya gətirmişdi. Məqsəd aydın idi. Futbolun inkişafı yox, futboldan pul qazanmaq. PFL prezidenti Elxan Səmədovun kadrları da göz önündə: Peşəkarlar.

Deməli, AFFA-da hakimiyyətin bir Elxandan digərinə keçməsi qorxu yaratmamalıdır. Bu Elxan o Elxandan pis ola bilməz.

Aut.az

Exit mobile version