AUT.AZ

8 ay ərzində elə dəyişib ki… – FOTOLAR

Rusiyalı sabiq tennisçi Mariya Şarapova uzun fasilədən sonra görüntülənib.

Aut.az xəbər verir ki, tanınmış idmançı Oskar mükafatı ilə bağlı keçirilən tədbirlərdən birində görünüb. O, iştirak etidyi mərasimdən görüntülərini “Instagram”da yerləşdirib. İzləyiciləri onun çox dəyişdiyini qeyd ediblər.

Keçən iyul ayında Mariyanın Teo adlı bir oğlu dünyaya gəlib. Bu, 35 yaşlı Şarapovanın ana olmasından sonra ictimaiyyət qarşısında ilk görüntüsüdür.

Qeyd edək ki, tennisin əfsanəsi 2020-ci ilin fevralında 19 illik karyerasını başa vurub. O, bundan sonra fəaliyyətini donduraraq şəxsi həyatına vaxt ayırıb. Aleksandr Qilks adlı şəxslə evlənən Mariya Şarafova şəxsi həyatını hər kəsdən gizli saxlamağa çalışır. Özü də əvvəlki kimi ictimaiyyət arasında görünmür.

Exit mobile version