AUT.AZ

“Real”ı bezdirdi

PSJ-nin hücumçusu Kilian Mbappenin “Real”a transferi növbəti dəfə baş tutmaya bilər.

Aut.az xəbər verir ki, Madrid klubunun rəhbərliyi fransalı forvardın gələcəyi ilə bağlı qeyri-müəyyənlikdən bezib. Bu barədə “Marca” məlumat yayıb.

Bildirilir ki, Mbappenin mümkün transferi ilə bağlı yaranmış vəziyyət “qalaktikos”u yorub. Klub rəhbərliyində Kiliana qarşı inamsızlıq yaranıb. PSJ-dən ayrılmaq qərarına gəlsə belə, “Real” artıq onun keçidi üçün mübarizə aparmaq fikrində deyil.

Madridlilər anlayır ki, PSJ heç vaxt 24 yaşlı hücumçu ilə bağlı tələblərində güzəştə getməyəcək. Buna görə yayda futbolçunu heyətə qatmaq yönündə Fransa təmsilçisi ilə ümumiyyətlə danışıqlar aparılmayacaq.

Qeyd edək ki, Mbappenin “Real”a transferi ötən ilin yayında baş tuta bilərdi. PSJ ilə müqaviləsi başa çatmaq üzrə olan futbolçu madridlilərlə şifahi razılığa gəlsə də, son anda Parisdə qalmaq qərarına gəlmişdi.

Exit mobile version