AUT.AZ

Pike, Messi və Alba onun motosikletini yandırıblar – Səhəri gün…

“Barselona”nın yetirməsi olan, hazırda Rusiyanın “Pari NN” klubunda çıxış edən kamerunlu müdafiəçisi Frank Banyak Kataloniya klubunda gördükləri haqda danışıb.

Aut.az xəbər verir ki, Banyak bu haqda “Sport24”ə verdiyi müsahibədə məlumat verib. O, Jerard Pikenin ağlasığmaz zarafatları haqda danışıb:

“Daim nəyisə isladırdı, amma mənimlə yox, şükür Allah. Adətən Sonqa qarşı edirdi. Bir dəfə Pike, Messi və məncə, Alba “Barsa”nın əməkdaşının motosikletini yandırdılar. Ancaq ertəsi gün daha yaxşısını alıb gətirdilər”.

Aut.az

Exit mobile version