AUT.AZ

İngilis dilini öyrənir – Adı bu klubla hallanır

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan intensiv olaraq ingilis dilini öyrənir.

Aut.az xəbər verir ki, fransız mütəxəssis hər gün dörd saatını bu işə sərf edir.  Bu barədə “La Source Parisienne” öz mənbələrinə istinadən məlumat yayıb.

Madrid klubundan ikinci gedişindən sonra Zidan hələ də işsiz statusundadır. Son zamanlar mətbuatda yayılan söz-söhbətlərə görə, fransalının adı “Çelsi” ilə hallanır.

Zidanın, həmçinin “Real”a mümkün qayıdışı, “Yuventus” və PSJ-də işləyə biləcəyi ilə bağlı da versiyalar səslənir. Zidan yaxın vaxtlarda fəaliyyətə qayıtmağa hazır olduğunu bəyan edib.

Aut.az

Exit mobile version