AUT.AZ

Fransa millisi, yoxsa çeçenlərdən ibarət yığma?

Gənclər arasında Avropa Çempionatında (U23) Fransanın kişilərdən ibarət sərbəst güləş komandasının tamamilə etnik çeçenlərdən ibarət olduğu məlum olub.

Aut.az xəbər verir ki, Fransa Güləş Federasiyasının (FFLDA) saytında dərc edilmiş iştirak ərizəsində bu idmançıların adları var:

Adam Bibulatov (61 kq-a qədər), Xamzat Arsamerzuev (65), Məhəmməd-Amin Sanqariyev (70 kq), Maqomed Deliev (74 kq), Rəhim Maqomadov (86 kq) və Adlan Vışxanov (92 kq).

Martın 13-də Buxarestdə başlayan Avropa çempionatı martın 19-da yekunlaşacaq.

Aut.az

 

 

Exit mobile version