AUT.AZ

Dünya çempionatı Bakıda bu məkanda keçiriləcək

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının məkanı bəlli olub.

Bu barədə Publika.az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib. Mayın 29-dan iyunun 4-dək təşkil olunacaq yarış Bakı Kristal Zalında baş tutacaq. Dünya çempionatını təşkil etməyə bir neçə arena təklif olunsa da, sonda yarışın Bakı Kristal Zalında keçirilməsinə qərar verilib.

Mundial Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən, yubiley Bakıda qeyd olunacaq. Əvvəlkilərdən fərqlənəcək dünya çempionatına 3000-dək qonağın gəlişi gözlənilir.

Exit mobile version