AUT.AZ

Azərbaycanlı voleybolçu Macarıstan kubokunun qalibi oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstan kubokunun qalibi olub.

Aut.az xəbər verir ki, Abduləzimovanın çıxış etdiyi “Vaşaş” finalda “Bekeşçaba” ilə qarşılaşıb.

Rəqibini 3:2 (23:25, 25:14, 22:25, 25:19, 17:15) hesabı ilə üstələyən “Vaşaş” titula sahib çıxıb. Abduləzimova bu qarşılaşmada 14 xal qazanıb.

Abduləzimova 3-cü dəfə Macarıstan kubokunda qızıl medal əldə edib.

Exit mobile version