AUT.AZ

“Qarabağ”dan Britaniya səfirinə cavab

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “Qarabağ”a müraciətinə cavab alıb. 

Aut.az xəbər verir ki, Auldun “bizi üzv kimi qəbul edərsiz?” sualına Ağdam təmsilçisi “Twitter” hesabında cavab verib:

“Böyük məmnuniyyətlə! Qapılarımız üzünüzə açıqdır. İstədiyiniz zaman gəlin, müqavilə şərtlərini razılaşdıraq. Bizim üçün şərəf olar”.

Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri “Twitter” hesabında səfirliyin əməkdaşlarının futbol oyununun fotolarını paylaşıb. Məhz həmin paylaşımda “Qarabağ”a gündəm olan zarafatla müraciət edib.

 

Exit mobile version