AUT.AZ

2 futbolçu ildırım vurması nəticəsində həlak oldu

Keniyada keçirilən futbol matçı zamanı iki futbolçu həlak olub.

Aut.az xəbər verir ki, hadisə “Manyansi” və “Gianchore” komandaları arasında keçirilən yoldaşlıq görüşündə baş verib. Oyun zamanı meydançaya ildırım düşüb. Nəticədə hər komandanın bir futbolçusu ölüb.

2 futbolçu isə xəsarət alıb. Onlar dərhal təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Exit mobile version