AUT.AZ

ŞOK: Salahı qarət etdilər

“Liverpul”un hücumçusu Məhəmməd Salahın Qahirədəki evi qarət edilib.

Aut.az xəbər verir ki, bu barədə Goal məlumat yayıb. Mənbənin sözlərinə görə, hazırda Misir polisi bu epizodu araşdırır. Evin yanından keçən Salahın qardaşı oğlu nəyinsə yerində olmadığından şübhələnib.

O, evin pəncərələrinin açıq olduğunu görüb və daha sonra təhlükəsizlik işçilərini çağırıb. İndi cinayətkarları tapmaq üçün müşahidə videolarına baxırlar. “Liverpul”un ulduzunun evindən oğurlanan əşyaların siyahısı açıqlanmayıb.

30 yaşlı Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. Bu mövsüm o, 38 oyunda 22 qol vurub və 11 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilə 2025-ci ilin yayına kimi imzalanıb.

Aut.az

Exit mobile version