AUT.AZ

Şamaxının icra başçısı, oğlu və De Byazi… – FOTO

Premyer Liqanın 26-cı turu çərçivəsində “Şamaxı” doğma meydanda “Neftçi”ni qəbul edib – 0:1.

Matçı bir sıra rəsmi şəxslər də izləyib. Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov Gəncə və Tovuz səfərlərinin ardınca Şamaxıya təşrif buyurub.

Şamaxının icra başçısı Tahir Məmmədov oğlu ilə birlikdə stadiona gələndə oyunun başlamasına dəqiqələr qalırdı və Canni de Byazi VİP-lojadakı yerini tutmuşdu.

Şəhərin meri yığmamızın baş məşqçisini görüncə, ona yaxınlaşaraq görüşüb, daha sonra birlikdə xatirə şəkli çəkdirməyi təklif edib.

Aut.az

Exit mobile version