AUT.AZ

“Qarabağ”ın futbolçusuna “əjdaha başı” göndərdilər – VIDEO

“Qarabağ”ın legioneri Kevin Medina onun üçün əlamətdar günün sevincini yaşaylb.

“Tank” ləqəbli müdafiəçi həyatının 32-ci ilini geridə qoyub.

Zarafatcıl kolumbiyalı ad günündə dost-tanışdan, futbolçu yoldaşlarından və ailə üzvlərindən xeyli təbrik alıb.

“Qarabağ”ın futbolçuları isə xoş günü onun üçün unudulmaz edib.

Belə ki, nahar yeməyi zamanı Maksim Medvedev yeməkxanaya tortla daxil olub. Tort xüsusi sifarişlə Medinanın görünüşünə uyğun hazırlanıb ki, futbolçular həmin anı gülüşlə qarşılayıb.

Sürprizlə qarşılaşan ad günü səbəbkarı tortu görüncə şoka düşüb. Komanda yoldaşlarının zarafatı qarşısında iki əli ilə başını tutandan sonra onu tortu kəsməyə məcbur ediblər.

   

 

Exit mobile version