AUT.AZ

Kadi Rusiyaya uyğunlaşa bilir? – Agenti deyir ki…

Krasnodar”ın futbolçusu Kadi Borgesin agenti Helsio Alisk braziliyalının Rusiyaya uyğunlaşmasından danışıb.

Kadi “Dinamo” ilə matçda (3:1) dubl edib.

“Borges getdiyi yerə həmişə çox tez uyğunlaşır. Artıq komandada özünü evdəki kimi hiss edir.

O, çox güclü oyunçudur, lakin inkişaf etmək üçün potensialı var. İndi onun bütün fikirləri yalnız “Krasnodar”ın nəticəsinə və öz tərəqqisinə köklənib. O, klubun ən yaxşı oyunçusu olmağa çalışır”, – Alisk “Sport24”ə müsahibəsində deyib.

Aut.az

Exit mobile version