AUT.AZ

Çoxları öz səhvlərini düzəltməli olacaq – Prezident yazdı

Joan Laporta əmindir ki, “Barselona”ya qarşı irəli sürülən ittihamlar əsassızdır.

Barselona prokurorları klubu və onun sabiq prezidentləri Xosep Bartomeu və Sandro Roseli hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya edilən ödənişlərdə mümkün korrupsiyaya görə məhkəməyə verib.

“Kules, sən sakit ola bilərsən. “Barselona” ittiham olunduğu məsələdə günahkar deyil. Nüfuzdan salınmaq üçün hazırlanmış hərtərəfli kampaniyanın qurbanıdır.

Bunda təəccüblü heç nə yoxdur, biz “Barselona”nı müdafiə edəcəyik və klubun günahsız olduğunu sübut olunacaq. Çoxları öz səhvlərini düzəltməli olacaq”, – “Barsa”nın prezidenti yazıb.

Aut.az

Exit mobile version