AUT.AZ

Baş nazir də dilə gəldi: Öz işləridir  

Britaniyanın baş naziri Rişi Sunak BBC ilə Qari Lineker arasındakı münaqişədən danışıb.

Xatırladaq ki, Lineker sosial şəbəkədə hökuməti tənqid etdiyi üçün BBC onu aparıcısı olduğu “Match of the Day” proqramından uzaqlaşdırıb.

“Baş nazir olaraq, hamının həmişə razı olmayacağını nəzərə alaraq, düzgün hesab etdiyim şeyi etməliyəm. Qari Lineker əla futbolçu və istedadlı aparıcı idi. Ümid edirəm ki, Lineker və BBC arasında mövcud vəziyyət vaxtında həll oluna bilər. Lakin bu, hökumətin deyil, onların işidir”, – deyə Sunak bildirib.

Aut.az

Exit mobile version