AUT.AZ

Əzəli rəqibin “vay”ına gəlməyə hazırdır

“Real” “Barselona”nın korrupsiyada ittiham edilməsi ilə bağlı açıqlama yayıb.

Xatırladaq ki, daha əvvəl Barselona prokurorluğu kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselə qarşı hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya ödənişlərdə mümkün korrupsiya faktı ilə bağlı iddia qaldırıb.

“Real”ın idarə heyəti martın 12-də keçirilən iclasında Barselona prokurorluğunun “Barselona” klubunun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Rosel, menecerlər Albert Soler və Oskar Qrauya qarşı irəli sürdüyü ciddi ittihamları nəzərdən keçirib.

“Real” faktların ciddiliyindən son dərəcə narahat olduğunu bildirmək istəyir və hüquq sisteminə güvəndiyini bir daha bəyan edir. Klub qanuni hüquqlarını müdafiə edərək, məhkəmədə iştirak etməyə razıdır”, – Madrid klubunun açıqlamasında deyilir.

Aut.az

Exit mobile version