AUT.AZ

Yenə də onunla ✈️  səyahət edəcəklər

“Liverpul” “Expedia” ilə əməkdaşlığı daha dörd il müddətinə uzadacağını təsdiqləyib.

Aut.az xəbər verir ki, klubun açıqlamasında deyilir:

“Liverpul” dünyanın ən böyük səyahət saytlarından biri olan “Expedia” ilə səyahətinə davam etməkdən məmnundur. Daha dörd il. “Expedia” həm kişi, həm də qadın komandaları üçün klubun əsas tərəfdaşı və rəsmi forma sponsoru olacaq”.

“Expedia” uçuşlar, mehmanxanalar və digər əlaqəli xidmətlər bron etmək üçün dünyanın ən böyük internet saytlarından biridir və ABŞ-da çox populyardır.

Əvvəlki sponsorluq komandaya ildə təxminən 9 milyon funt sterlinq qazandırırdı.

Aut.az

Exit mobile version